Boğaz ağrısı zamanı xalq təbabəti

Qış aylarında həm uşaqlar, həm böyüklər boğaz iltihablardan əziyyət çəkir.
Bir çox hallarda bu zaman həkimlər köməkçi müalicəvi vasitə kimi qarqara təyin edirlər. Qarqara çox sadə və eyni zamanda çox effektli prosedurdur.
— Tonzillit (angina) zamanı badamcıqlarda irin yığılır. Xəstə ağzını açdıqda bu irin badamcıqlarda ağ nöqtələr kimi görünür. Qarqara iltihabın mənbəsi olan irini mexaniki olaraq yuyub aparır.
— Qarqara boğazda bakteriyaların yaşaması və çoxalması üçün uyğun olmayan mühit yaradır.
— Selikli qişanı yumşaldır, iltihabı azaldır.
Davamı →

Revmatizm xəstəliyinin xalq təbabəti ilə müalicəsi

İstənilən vəziyyəti ilə səciyyələnən, oynaqlarda ağrı və iltihabı, revmatizm kimi məlumdur. Bu xəstəliyin simptomu daha geniş yayılmış mönkəm ağrı və xoşagəlməz keylikdən ibarətdir.
Revmatizmdən əziyyət çəkən insanlara həkimlər çox vaxt dərmanlar və maz və müxtəlif preparatlar yazırlar, amma elə vaxt olur ki, onların heç biri kömək etmir. Beləolan halda alternativ bir yola, xalq təbabətinə müraciət etmək daha yaxşı effekt verər!Revmatizm xəstəliyinin xalq təbabəti ilə müalicəsi
İnqrediyentlər:
  1. 1litr təmiz,saflaşdırılan su
  2. 250 q quru qarayonca
  3. 2 kq bal

Hazırlanma qaydası:
Bir saat ərzində suda zəif odda qarayoncanıqaynadırıq, həlim bir az soyuduqdan sonra, bal əlavə edin.
Qoyun tam soyusun.
İstifadə qaydası:
Yeməkdən sonra, iki xörək qaşığı gündə üç dəfə qəbul edilir. 

Mənbə: ahlibeyt.ge
Davamı →

Möcüzəvi kimçi

Asya mətbəxinin ən tanınmış, ləziz təamı «kimçi” Koreyada xüsusi yerə sahibdir. Turşu kimi yeməklərin yanında verilir. Koreyalıların 90 yaşdan yuxarı yaşamaqlarının memarı məhz bu qida hesab edilir.

Cənubi Koreyanın ən məşhur baş aşbazı Shim Young- Soon deyir ki, „kimçi” hər dərdin əlacıdır.
“Bizim ölkədə az qala dərman kimi istifadə edilir. Xüsusi ilə qadınlar gözəlliklərini „kimçi”yə borcludur. 80 yaşındayam, baxın, üzümdə heç bir qırış yoxdur, səhhətimdə də heç bir problem yoxdur. Bu möcüzəvi qidanı hər kəsə tövsiyyə edirəm”.
Davamı →

Amarant

Qədim zamanlarda amarant dini ayinləri zamanı və həm də qida kimi çox geniş istifadə olunurdu. Əsrlər keçdi, amarant unuduldu və daha çox yabanı bitki kimi tanınmağa başladı.

Lakin indi bu bitkiyə olan maraq artmaqdadır, onun inanılmaz qidalı və müalicəvi xüsusiyyətləri aşkar olunub.

Rusiya KİV-lərinə istinadla amarantın unikal müalicəvi xüsusiyyətləri:
Davamı →

1000 illik resept

Bu qarışımın reseptinə bir neçə qədim sivilizasiyaların tibbi əlyazmalarında rast gəlinib. Bədəndə olan bir çox ağrıların kökünü kəsir. İnsanı rahatladır.

Resept:
10 ədəd təzə, ev yumurtası
Təmiz bal – 0,5 kq
Limon – 15 ədəd
Konyak – 0,6 litr

Davamı →

Amosov pastası


Akademik Amosovun tərtib etdiyi və əməliyyat etdiyi xəstələrinə verdiyi bu pasta orqanizmin xəstəlik və əməliyyatlardan sonra tez özünə gəlməsi üçün effektivdir. Bu pastanı hər kəs qəbul edə bilər, faydası hədsiz çoxdur. 

500 qr kişmiş, 500 qr qaysı qurusu, qara gavalı, əncir qurusu, qoz ləpəsi və 1 ədəd limon. Hamısı ətçəkəndən keçirilir. Bura 500 qr təmiz bal qatılıb qarışdırılır, bankaya yığılır. Bol vitamin və mikroelement mənbəyi olan bu məcundan gündə 1 xörək qaşığı qəbul edin.
Davamı →

Monastr resepti

Mədə-bağırsaq, ürək qan-damar xəstəlikləri zamanı istifadə olunan reseptlərdən biri də monastr reseptidir. Alman rahibə Gildeqard Bingenin yaratdığı monastr reseptinin 1 era yaşı var. 

Bu qadın «təbii müalicənin himayədarı” kimi müqəddəslər siyahısına düşüb. Gildeqard bacı 1179-cu ildə 82 yaşında vəfat edib və özündən sonra çoxlu reseptlər qoyub. 
Davamı →

Ağ ciyərləri tərtəmiz edən təbii sirop

Hazırda ağciyərləri, bronxları təmiz insan tapmaq çətindir. Ağciyərlər təmiz olmadıqda, orqanlara təmiz oksigen az və gec çatır, insan öskürür, halsız olur.

Cəmi 3 ərzaqdan hazırlanan, ağciyərləri təmizləyən, öskürəyi kəsən, eləcə də immuniteti qaldıran, damarları təmizləyən təbii siropu özünüz evdə hazırlaya bilərsiniz.
Davamı →

Badımcan şirəsi

Şərqdə uzun ömürlülük tərəvəzi adlandırılan, suyu belə insan orqanizmi üçün möcüzəvi təsirə malikdir. Bəzi mənbələr bu suyu içərkən çox insanda ürəkbulanma, tərkibindəki bəzi maddələrdən zəhərlənmə baş verdiyini desə də, təmiz bostan badımcanını mövsümündə şirəsini çəkib içməklə bu mənfi təsirlər baş vermir.

Şirə üçün hələ kiçik, tam yetişməmiş, rəngi bir qədər açıq bənövşəyi, yəni sütül badımcan götürülür. Şirəsi çəkilməzdən öncə doğrayıb mütləq duzlu və ya sirkəli suda saxlanılır.

1. Podaqra, oynaq iltihabında xaricə istifadə edilir, kompres olunur, antiiltihab və antibiotik təsiri göstərir. Tərkibində olan molibden maddəsinin podaqranı müalicə etdiyi hələ. 1953-cü ildə sübut olunub.
Davamı →

Təbii antibiotik

Orta əsrlərdə hələ anbiotik olmayan dövrdə Avropada epidemiya vaxtı bu resept düşünülmüşdü. Virus, bakteriya və göbələkləri məhv edən bu eliksir qan və limfa sistemini təmizləyir. Öz dövründə minlərlə insanı ölümdən qurtaran bu dərman müasir insanlar üçün də lazımlıdır.

Ərzaqlar:
Alma sirkəsi – 500 ml
Sarımsaq – 5 diş
Soğan -1 ədəd
Qırmızı çili bibəri – 2 ədəd
Zəncəfil – 50 qr
Xren – 30 qr
Sarkök – 1 x.q

Hazırlanması:
Soğan və sarımsaq çox xırda doğranılır. Zəncəfil və xren sürtgəcdən keçirilir. Acı bibərlər bir neçə yerə bölünür. Bütün quru ərzaqlar qarışdırılır.
Davamı →